Baku.ws saytından verilən məlumata görə, ain.az xəbər verir.
Neftçalada avtomobilin kanala aşması nəticəsində iki qardaş ölüb.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə rayonun Qaçaqkənd kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan minik avtomobili qəfil idarəetmədən çıxıb, yolun kənarındakı kanala aşıb.
Qəza nəticəsində kənd sakinləri, 2011-ci il təvəllüdlü Manaflı Əli Vüsal oğlu və onun qardaşı, 2009-cu il təvəllüdlü Manaflı Rəvan Vüsal oğlu ölüb.
Faktla bağlı araşdırma aparılır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.