Azərbaycan milli komandasının “FIFA Series – 2026” turniri üçün heyəti açıqlanıb.
Msport.az xəbər verir ki, komandamız martın 22-də Bakıda təlim-məşq toplanışına başlayacaq.
A millinin heyəti belədir:
Qapıçılar: Səlahət Ağayev, Rza Cəfərov (hər ikisi “Qəbələ”), Şahrudin Məhəmmədəliyev (“Qarabağ”), Aydın Bayramov (“Zirə”);
Müdafiəçilər: Bədavi Hüseynov, Elvin Cəfərquliyev (“Qarabağ”), Cəlal Hüseynov (“Arda”, Bolqarıstan), Anton Krivotsyuk (“Daejeon Hana”, Cənubi Koreya), Rahil Məmmədov (“Araz-Naxçıvan”), Elvin Bədəlov (“Neftçi”), Rəhman Daşdəmirov (“Sabah”), Abdulla Rzayev (“Şamaxı”), Qismət Alıyev (“Zirə”);
Yarımmüdafiəçilər: Abdulla Xaybullayev, Xəyal Əliyev, Aleksey İsayev (hamısı “Sabah”), Emin Mahmudov, Emil Səfərov (hər ikisi “Neftçi”), Rəhim Sadıxov, Ayxan Hüseynov (hər ikisi “Turan Tovuz”), Mustafa Əhmədzadə (“Araz-Naxçıvan”), Toral Bayramov (“Qarabağ”), Rüstəm Əhmədzadə (“Sumqayıt”), Vüsal İsgəndərli (“Partizani”, Albaniya), Ceyhun Nuriyev (“Zirə”);
Hücumçular: Renat Dadaşov (“Motor”, Polşa), Musa Qurbanlı (“Qarabağ”).