EN

Dövlət qulluqçularının maaşlarının tənzimlənməsində məqsəd mürəkkəb sistemi sadələşdirməkdir - RƏY

"Dövlət qulluğu haqqında" qanuna edilən dəyişikliklərə görə dövlət qulluğunda vahid və sabit əmək haqqı sistemi tətbiq ediləcək və bu proses, Prezident İlham Əliyevin rəhbərliyi ilə, dövlət idarəetmə sistemində aparılan islahatların tərkib hissəsidir.

Bunu "Far.Az"a Milli Məclisin üzvü Nəsib Məhəməliyev deyib.

O qeyd edib ki, əsas məqsəd, mürəkkəb və qeyri-şəffaf əməkhaqqı sistemini sadələşdirməkdir:

"İndiyə qədər tətbiq olunan əmək haqqına əlavələr, mükafatların və s. ödənişlər vahid aylıq maaşla birləşdiriləcək. Əvvəllər, əmək haqqına əlavələrin ödənilməsində müəyyən selektiv yanaşmalar tətbiq olunurdu. Məsələn, kadrların iş təcrübəsi, səlahiyyətləri, stajı, fiziki sağlamlığı və s. meyarlar əsas götürülürdü. Bundan sonra kollektiv və fərdi mükafatlar ləğv ediləcək, beynəlxalq təcrübəyə əsaslanan nəticə yönümlü əmək haqqı strukturu formalaşacaqdır. Baza hissəsi 35-45% olan əməkhaqqı, bundan sonra 95%-dən yuxarı təşkil edəcək".

Deputatın fikrincə, tətbiq olunan yenilik, gənc kadrların dövlət qulluğuna marağını artıracaq, dövlət qulluğunda korrupsiya risklərinin azaldılmasında əhəmiyyətli rol oynayacaq.

"Əvvəlki sistemə görə, əmək haqqlarının aşağı olması üzündən, dövlət qulluğuna meyl göstərməyən və özəl sektora üz tutan savadlı gənclər üçün müsbət motivasiya olacaq", - o deyib.

Chosen
41
far.az

1Sources