EN

Gəncədə qəza baş verdi: 5 NƏFƏR... FOTO

Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, iki "KIA" markalı minik avtomobilinin toqquşmasından sonra maşınlardan biri idarəetmədən çıxaraq yol kənarında ağaca çırpılıb.

Qəza nəticəsində 1997-ci il təvəllüdlü N.Yusibova, 1967-ci il təvəllüdlü A.Ramazanova, 2002-ci il təvəllüdlü M.Ramazanova, 1983-cü il təvəllüdlü M.Həsənova və X.Həsənov xəsarət alıblar.

Xəsarət alan şəxslərin vəziyyətinin kafi olduğu bildirilir.

Qəza baş verən ərazidə tıxac yaranıb, əraziyə DYP əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
125
18
avtosfer.az

10Sources