EN

Bayram sevinciniz faciəyə çevrilməsin DİN dən ÇAĞIRIŞ FOTO VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Novruz və müqəddəs Ramazan bayramları xalqımızın milli-mənəvi dəyərlərinin, adət-ənənələrinin simvoluna çevrilib və hər il ölkəmizdə dostluq, birlik-bərabərlik şəraitində qeyd olunur.

Bu əlamətdar günlərin xoş əhval-ruhiyyədə keçməsi, arzuolunmaz hadisələrin qarşısını almaq üçün Daxili İşlər Nazirliyi tərəfindən bütün təhlükəsizlik tədbirləri həyata keçirilir. 

Nazirliyin Mətbuat Xidmətindən Avtosfer.az-a bildirilib ki, bayram şənlikləri və digər kütləvi tədbirlər zamanı ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması, vəzifələrin icrasının yüksək səviyyədə və daha mütəşəkkil təmin edilməsi məqsədilə polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirirlər. Vətəndaşlara ictimai yerlərdə nizam-intizamla davranmaq, insanların sıx toplaşdığı məkanlarda ehtiyatla hərəkət etmək, hansısa hüquq pozuntusuna səbəb olacaq addımlardan çəkinmək, yol hərəkəti, eləcə də digər təhlükəsizlik qaydalarına riayət etmək tövsiyə olunur. 

Bir daha xalqımızı səmimi-qəlbdən təbrik edir, hər evə, hər ocağa bayram ovqatı, bol sevinc, ruzi-bərəkət və firavanlıq arzulayırıq. Qoy bu bayram ürəklərdə saf niyyətlər və xoş duyğular oyatsın.Bayramlarınız mübarək!

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
109
2
avtosfer.az

7Sources