EN

Bakıda xəbərdarlıq nişanı qoyulmadan yola düzülən konus qəza şəraiti yaradıb VİDEO

ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı şəhəri, Zığ şosesində konus düzülən yola xəbərdaredici nişan qoyulmaması sürücülərin narazılığına səbəb olub.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, nişan olmadığı üçün yolun ortasına konus düzüldüyündən xəbərsiz olan sürücünün avtomobili zərər görüb.

Sürücü iddia edib ki, saatda 120 kilometrlik yolda ən sürətli iki zolağın ortasına konus düzülməsi ilə bağlı xəbərdarlıq nişanı qoyulmayıb, nəticədə həmin zolağa keçdikdə qəza şəraiti yaranıb, həmçinin nəqliyyat vasitəsinə maddi ziyan dəyib.

Sözügedən hadisənin görüntüsünü təqdim edirik:

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
129
30
avtosfer.az

10Sources