Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Navai (Nəvai Bəkirov) bloger sevgilisi Anastasiya Mironovadan ayrılıqdan sonra xeyli arıqlayıb.
Reper paylaşımında 20 kiloqram çəki atdığını bildirib.
Onun belə arıqlaması izləyicilər arasında müzakirə yaradıb. Onlar arasında Navainin keçmiş sevgilisindən ayrıldıqdan sonra çəki atdığını deyənlər də yer alıb.
Sənətçi son vaxtlar idman zalından tez-tez görüntülər paylaşıb. Məlumdur ki, Mironova ilə münasibətdə olduğu dövrdə o, sevgilisindən ilhamlanaraq həyat tərzini dəyişib və çəkisinə daha çox diqqət etməyə başlayıb.
Hazırda cütlüyün yenidən barışması ilə bağlı bəzi şayiələr də dolaşır. Belə ki, izləyicilər bir neçə gün əvvəl onların Moskvanın mərkəzində birlikdə görüntüləndiyini yazıblar. (Axşam.az)

