Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
“Unikal”ın bölgə müxbirinin məlumatına görə, şəhər ərazisində iki minik avtomobilinin toqquşması nəticəsində 2005-ci il təvəllüdlü A.Niftəliyeva və daha bir nəfər xəsarət alıb. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.