NATO İraqdakı hərbi kontingentini ölkədən çıxaraq Avropaya təxliyə edib.
APA xəbər verir ki, Avropa Müttəfiq Qüvvələrinin Ali Komandanı (SACEUR) general Aleksus Qrinkeviç məlumat verib.
"NATO personalının İraqdan təhlükəsiz təxliyəsini dəstəklədikləri üçün İraq Respublikasına və bütün müttəfiqlərə təşəkkür edirəm", - o bildirib.