EN

Serbiya prezidentindən xəbərdarlıq: Taktiki nüvə silahından istifadə olunacaq

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Serbiya Prezidenti Aleksandar Vuçiç bildirib ki, üçüncü dünya müharibəsi faktiki olaraq artıq başlamış sayılır, baxmayaraq ki, bu barədə rəsmi şəkildə danışılmır.

Oxu.Az xəbər verir ki, bu fikirləri o, "Berliner Zeitung" nəşrinə müsahibəsində səsləndirib.

Serbiya lideri vurğulayıb ki, strateji resurslar - neft, qaz, minerallar və nadir metallar uğrunda mübarizə artıq fəal şəkildə aparılır. Onun sözlərinə görə, bir çox aktorlar vaxt qazanmağa çalışır və eyni zamanda daha genişmiqyaslı münaqişələrə hazırlaşırlar.

"Bununla əlaqədar, istisna etmirəm ki, bu cür münaqişələrdə nə vaxtsa taktiki nüvə silahından da istifadə oluna bilər", - deyə Vuçiç xəbərdarlıq edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
146
1
oxu.az

2Sources