EN

Tramp İrana qarşı əməliyyatın tezliklə başa çata biləcəyini istisna etməyib

BAKI, 21 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Trump İrana qarşı hərbi əməliyyatın yaxın vaxtlarda başa çatdırıla biləcəyini bildirib.

Teleqraf xəbər verir ki, o, bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

Donald Tramp qeyd edib ki, ABŞ Yaxın Şərqdə qarşıya qoyulan məqsədlərə yaxınlaşdıqca hərbi fəaliyyətin mərhələli şəkildə dayandırılması imkanını nəzərdən keçirir.

ABŞ liderinin sözlərinə görə, Vaşinqtonun əsas hədəfləri İranın raket potensialının, hərbi-sənaye kompleksinin, hava qüvvələrinin, donanmasının və hava hücumundan müdafiə sistemlərinin zəiflədilməsidir.

Bundan əlavə, o vurğulayıb ki, ABŞ İranın nüvə silahı əldə etməsinin qarşısını almağı və regiondakı müttəfiqlərinin - Bəhreyn, İsrail, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının təhlükəsizliyini yüksək səviyyədə təmin etməyi planlaşdırır.

Chosen
92
50
teleqraf.com

10Sources