EN

Qadının ölümü ilə bağlı əri saxlanıldı

Martın 20-də paytaxtın Suraxanı rayonu ərazisində 1990-cı il təvəllüdlü Pərvanə Abbasovanın almış olduğu xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, ilkin araşdırmalar nəticəsində 1983-cü il təvəllüdlü Vasif Abbasovun Pərvanə Abbasovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, V.Abbasov prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

Chosen
45
29
metbuat.az

10Sources