EN

ABŞ quru əməliyyatı üçün bir neçə ssenarini nəzərdən keçirir

ain.az, Azpost portalına istinadən məlumatı açıqlayır.

ABŞ administrasiyası İranda məhdud quru əməliyyatı aparmaq üçün bir neçə variantı nəzərdən keçirir.

Bu barədə “NBC News” televiziya kanalı mənbələrə istinadən bildirib.

Məlumata əsasən, ssenarilərdən biri Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün ABŞ qoşunlarının İran limanlarında və ya Fars körfəzindəki kiçik adalarda yerləşdirilməsidir. Digər variantlara yüksək dərəcədə zənginləşdirilmiş uranın çıxarılması və ya İranın neft obyektlərinin ələ keçirilməsi əməliyyatı daxildir.

Kanalın mənbələrinə görə, Əfqanıstan və İraqda olduğu kimi, variantlardan heç biri genişmiqyaslı qoşunların yerləşdirilməsini nəzərdə tutmur.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
92
10
azpost.info

10Sources