EN

Avstraliyalı üzgüçü 16 il davam edən rekordu qırıb

Apa.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Avstraliyalı üzgüçü Kameron Makevoy Çində keçirilən açıq çempionatda sərbəst üsulla 50 metr üzmə üzrə yeni dünya rekordu müəyyənləşdirib.

APA xəbər verir ki, bu barədə Beynəlxalq Su İdmanı Növləri Federasiyası məlumat yayıb.

Qeyd edək ki, 16 il əvvəl müəyyənləşdirilmiş rekord braziliyalı Sezar Cyela məxsus olub və 20,91 saniyə təşkil edib. Kameron Makevoy isə 50 metr məsafəni 20,88 saniyəyə qət edib. İdmançı şəxsi rekordunu da 0,18 saniyə yeniləyib.

Kameron Makevoy 2024-cü il Olimpiya Oyunlarında qızıl medal qazanıb. Onun həmçinin iki dünya çempionluğu titulu və 2016 və 2020-ci illərdə əldə etdiyi üç bürünc olimpiya medalı var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
59
4
apa.az

5Sources