EN

Neftin bahalaşması ABŞ aviaşirkətini zərərə saldı

“Neftin qiyməti 2027-ci ilin sonuna qədər 100 dollardan yuxarı qalacaq”.

“Cebheinfo.az”-ın məlumatına görə, ABŞ “United Airlines” aviaşirkətinin baş direktoru Skott Kirbi işçilərinə ünvanladığı xidməti məktubunda belə yazıb.

“Reuters” agentliyi qeyd edir ki, Kirbi aviaşirkətin neftin qiymətlərinin 175 dollara qədər bahalaşmasına hazırlaşdığını bildirib. 

Fevral ayının sonundan bəri təyyarə yanacağının qiymətləri təxminən iki dəfə artıb.Bahalaşma davam edərsə, “United Airlines” illik yanacaq xərclərinin 11 milyard dollar artacağını gözləyir.

Kirbinin sözlərinə görə, aviaşirkət daha az gəlirli uçuşları azaltmağı və Təl-Əviv və Dubaya uçuşları dayandırmağı planlaşdırır.

Chosen
40
1
cebheinfo.az

2Sources