EN

“Azeri Light” bahalaşmaqda davam edir

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.

“Qafqazinfo” xəbər verir ki, neftimizin 1 barelinin qiyməti 0,2 ABŞ dolları və ya 0,16 % artaraq 122,9 ABŞ dolları təşkil edib.

Ötən gün neftimiz 122,7 dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.

Builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Chosen
47
33
olke.az

10Sources