EN

ABŞ və İsrail İranın Natanz nüvə kompleksinə zərbələr endirib

BAKI, 21 mart. TELEQRAF

Bu gün ABŞ və İsrail qüvvələri İranın Nətənz şəhərində yerləşən "Şəhid Əhmədi Rövşən" nüvə zənginləşdirmə kompleksinə hücum həyata keçirib.

Teleqraf xəbər verir ki, bu barədə İranın rəsmi mənbələri məlumat yayıb.

İran tərəfindən verilən rəsmi açıqlamada bu hərbi müdaxilənin beynəlxalq hüquq normalarına, o cümlədən Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə (NPT) və nüvə təhlükəsizliyi qaydalarına zidd olduğu qeyd edilib.

Zərbələrin fəsadları ilə bağlı aparılan ilkin qiymətləndirmələrə görə, müəssisədə hər hansı radioaktiv sızma baş verməyib:

"Kompleksdə radioaktiv maddələrin sızması faktı qeydə alınmayıb. Hazırda obyektin yaxınlığında yaşayan əhali üçün hər hansı radiasiya təhlükəsi mövcud deyil".

Qeyd edək ki, Natanz kompleksi İranın nüvə proqramının ən mühüm obyektlərindən biri hesab olunur. Hücumun nəticəsində kompleksin fəaliyyətinə dəyən zərərin miqyası barədə hələlik rəsmi məlumat verilməyib.

Chosen
60
1
teleqraf.com

2Sources