EN

İsgəndər Əsgərov Avropa Kuboku oyununa təyinat aldı

Azərbaycan Həndbol Federasiyasının (AHF) İdman şöbəsinin müdiri, beynəlxalq dərəcəli nümayəndə İsgəndər Əsgərov təyinat alıb.

Fanat.Az xəbər verir ki, o, qadınlar arasında Avropa Kubokunun 1/4 mərhələsinin "Bursa Böyükşəhər Bələdiyyəspor" (Türkiyə) - PAOK (Yunanıstan) görüşündə Avropa Həndbol Federasiyasının nümayəndəsi olacaq.

Sözügedən oyun martın 22-də Bursa şəhərinin "Nilüfər Bələdiyyə" İdman Ki buompleksində keçiriləcək.

Qarşılaşmanı Norveçdən olan hakimlər briqadası idarə edəcək.

Chosen
71
6
fanat.az

7Sources