EN

PSJ nin rəqibi matçın təxirə salınmasını istəmir

ain.az, Sportal.az portalına istinadən məlumat verir.

"Lans"ın baş məşqçisi Pierre Saje PSJ ilə Liqa 1 oyununun təxirə salınmasına qarşı çıxıb.

Sportal.az xəbər verir ki, matçın 11 aprel tarixində keçirilməsi planlaşdırılır. Paris klubu isə 8 və 14 aprel tarixlərində "Liverpul" ilə Çempionlar Liqasının 1/4 final oyunlarını oynayacaq.

“Biz bununla razı deyilik. Biz də Fransa Kubokunda oynadıq, cümə axşamı "Lion"a qarşı matçımız oldu və qalib gəldik. Daha sonra bazar günü "Metz" ilə oynadıq.

Başa düşürəm ki, istirahət yaxşı oyun göstərməyə kömək edir. PSJ bunu Çelsi ilə oyunda sübut etdi.

Bu, bir neçə turnirdə çıxış edən çox uğurlu klubdur. Onlar bizim məhdudiyyətlərimizi də başa düşürlər. Bizim üçün yalnız bir tarix qalıb və biz belə şeylərlə razılaşmamalıyıq,” – deyə Saje bildirib.

saytlarin hazirlanmasi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
96
1
sportal.az

2Sources