EN

Ötən gün Bakıdan bölgələrə daşınan sərnişinlərin sayı açıqlanıb

Ötən
Martın 20-də Bakıdan bölgələrə 370 reyslə 13 703 sərnişin daşınıb. Bu barədə 1news.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Sərnişindaşımada fasiləsizliyi təmin etmək və sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 150 reys həyata keçirilib. Sərnişinlərin 60 %-i biletlərini onlayn qaydada "biletim.az" portalından əldə edərək səfərlərini reallaşdırıb.

"Vətəndaşlara daha rahat və təhlükəsiz qaydada mənzil başına çatmaq üçün biletləri onlayn qaydada "biletim.az" portalı vasitəsilə əldə etmələri tövsiyə olunur", - deyə AYNA bəyan edib.

Chosen
35
15
1news.az

10Sources