Qazaxda evdən 65 yaşlı kişinin meyiti tapılıb.

Leqal.info xəbər verir ki, hadisə rayon ərazisində baş verib.

Rayon sakini 1961-ci il təvəllüdlü Q.Bayayevin yaşadığı evdən meyiti aşkarlanıb. Hadisə yerinə polis və prokurorluq orqanlarının əməkdaşları cəlb edilib.

Meyit müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info