EN

Göygöldə evdə PARTLAYIŞ: Xəsarət alan şəxsin vəziyyəti AÇIQLANDI

Göygöldə evdə qaz sızması nəticəsində baş verən partlayış nəticəsində xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.

Gəncə Şəhər Birləşmiş Xəstəxanasından bildirilib ki, martın 20-də saat 07:10-da 1994-cü il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

“Ona qapalı kəllə-beyin travması, sol gözün hematoması və başın təpə nahiyəsinin çapılmış yarası diaqnozları təyin olunub. Zəruri tibbi xidmətlər göstərilən pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir”, – deyə məlumatda bildirilir.

***

Göygöldə evdə qaz sızması nəticəsində partlayış olub, xəsarət alan var.

NOCOMMENT.az xəbər verir ki, şəhər sakini, 1965-ci il təvəllüdlü M.Yolçuyev yaşadığı evdə partlayış nəticəsində yanıq xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib, hazırda vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb ediliblər.

Faktla bağlı araşdırma aparılır.

Chosen
48
26
nocomment.az

10Sources