EN

Türkiyənin Qara dəniz sahillərində pilotsuz kater aşkarlanıb

Türkiyənin şimal-şərqində, Qara dənizin Ordu əyalətinin sahillərində pilotsuz kater aşkar edilib.

Xezerxeber.az Türkiyə mediasına istinadən xəbər verir ki, pilotsuz kater Unye rayonundakı çimərlikdə aşkarlanıb, jandarma əməkdaşları hadisə yerinə gəliblər.

Təhlükəsizlik tədbirləri görülüb, ətraf ərazi mühasirəyə alınıb.

Hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, pilotsuz kater-AEGIR dəniz vasitəsini ABŞ-nin "Sierra Nevada" şirkəti hazırlayır. 

Qeyd edilib ki, təxminən 10 metr uzunluğundakı AEGIR-W maksimum 900 kilometr məsafəyə malikdir və 25+ düyün sürətə çata bilir. Avtonom olaraq tapşırıq icra edə bilən İDV-nin faydalı yük tutumu isə 300 kiloqramdır.

Sözügedən katerin Ukraynanın Rusiyaya qarşı istifadə etdiyi, hansısa bir səbəbdən sürüklənərək Türkiyə sahillərinə çatdığı qiymətləndirilir. Daha əvvəl də partlayıcı yüklü bir çox Ukrayna pilotsuz dəniz vasitəsi sürüklənərək Türkiyə sahillərinə çıxmışdı. AEGIR dəniz vasitəsinini Dəniz Qüvvələri Komandanlığının SAS bölmələri məhv edir.

Chosen
74
7
xezerxeber.az

8Sources