EN

Azərbaycan neft qiymətlərinin həftəlik İCMALI

Bakı. Trend:

Bu həftə “Azeri Light CIF”, “Azeri Light FOB Ceyhan” və “DatedBrent” və “Urals” markalı neftin orta qiymətləri artıb.

Trend xəbərverir ki, Azərbaycanda “Azəri-Çıraq-Günəşli” yatağında hasil olunan“Azeri Light CIF” markalı neftin orta qiyməti keçən həftə iləmüqayisədə 15.45 ABŞ dolları və ya 15.3% artaraq, bir barel üçün116.15 ABŞ dollarına çatıb.

Məlumata görə, sözügedən markalı xam neftin maksimum qiyməti birbarel üçün 122.90 ABŞ dolları, minimum qiymət isə 108.16 ABŞdolları olub.

Türkiyənin Ceyhan limanında FOB şərtləri ilə “Azeri Light”markalı neftin orta qiyməti bir barel üçün 112.13 ABŞ dollarıtəşkil edib ki, bu da keçən həftə ilə müqayisədə 15.39 ABŞ dollarıvə ya 15.9% artım deməkdir.

Həftə ərzində ən yüksək qiymət bir barel üçün 118.78 ABŞdolları, ən aşağı qiymət isə 104.30 ABŞ dolları olub.

“Urals” markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə16.44 ABŞ dolları və ya 26.2% artaraq, bir barel üçün 79.15 ABŞdolları olub. Həftə ərzində maksimal qiymət 86.22 ABŞ dolları, ənaşağı qiymət isə 70.94 ABŞ dolları olub.

“Dated Brent” markalı neftin orta qiyməti 110.78 ABŞ dollarıolub ki, bu da keçən həftə ilə müqayisədə 13.51 ABŞ dolları və ya13.9% artım deməkdir. Həftə ərzində maksimal qiymət bir barel üçün117.44 ABŞ dolları, minimal qiymət isə 103.31 ABŞ dolları olub.

Neft/Tarix

16.03.2026

17.02.2026

18.02.2026

19.02.2026

20.02.2026

Orta qiymət

Azeri LT CIF

$109.19

$108.16

$117.79

$122.70

$122.90

$116.15

Azeri Light FOB Ceyhan

$105.31

$104.30

$113.95

$118.78

$118.29

$112.13

Urals (EX NOVO)

$71.00

$70.94

$81.77

$86.22

$85.80

$79.15

Dated Brent

$103.70

$103.31

$112.53

$117.44

$116.94

$110.78

Chosen
106
1
az.trend.az

2Sources