EN

Bir ayda ikinci dəfə dəm qazından zəhərləndi

Qafqazinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Gəncədə dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Səmədağa Kəsəmənli 97 ünvanında qeydə alınıb.

Belə ki, 2002-ci il təvəllüdlü Xəyal Məmmədov dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb. Ona ilkin tibbi yardım göstərilib, müalicəsi davam edir.

Məlumat üçün bildirək ki, adı çəkilən şəxs təxminən bir ay öncə də dəm qazından zəhərlənib.

Yunis Quliyev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
108
3
qafqazinfo.az

7Sources