Axar.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Türk Dövlətləri Təşkilatı liderlərinin Zirvə görüşü mayın ortalarında Türküstanda keçiriləcək.
Axar.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Türküstan vilayətinin ictimaiyyəti qarşısında çıxış edərkən bildirib.
“Dünyadakı mövcud qeyri-sabit vəziyyət şəraitində bu beynəlxalq tədbir xüsusi əhəmiyyət kəsb edir. Hökumət və akimat bu sammitin keyfiyyətli təşkilinə birinci dərəcəli diqqət yetirməlidir”, - dövlət başçısı vurğulayıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.