Qazaxda evdən 65 yaşlı kişinin meyiti tapılıb. 1news.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə rayon ərazisində qeydə alınıb. Rayon sakini 1961-ci il təvəllüdlü Q.Bayayevin yaşadığı evdən meyiti aşkarlanıb. Hadisə yerinə polis və prokurorluq orqanlarının əməkdaşları cəlb edilib. Meyit müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır.