EN

“Turan Tovuz” “Qəbələ”ni məğlub etdi – YENİLƏNİB

Bu gün Azərbaycan Premyer Liqasında 25-ci tura yekun vurulub. 

İdmanxeber.az xəbər verir ki, turun son oyununda “Turan Tovuz” “Qəbələ” ilə üz-üzə gəlib. Matç Tovuz təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Hazırda Kurban Berdıyevin komandası 48 xalla 3-cü, “Qəbələ” ilə 16 xalla 11-ci pillədə qərarlaşıb. 

Cari mövsümün ilk iki dövrəsində “Turan Tovuz” rəqibini məğlub edib – 1:0 və 3:0. 

21 mart (şənbə)

16:00. “Turan Tovuz” – “Qəbələ” – 3:2

Qol: Hayderson Hurtado, 3 (1:0), Eşqin Əhmədov, 27 (1:1), Hayderson Hurtado, 49 (2:1), Joarlem Santos, 59 (3:1), Roderik Miller, 90+7-avtoqol (3:2)

Chosen
44
idmanxeber.az

1Sources