EN

Gəncədə gənc dəm qazından boğularaq ölüb

Gəncədə 24 yaşlı gənc dəm qazından boğularaq ölüb.

Azreform.info APA-ya istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Şəhər sakini 2002-ci il təvəllüdlü X.Məmmədov yaşadığı evin vanna otağında çimən zaman dəm qazından zəhərlənib.

O, xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
88
11
azreform.info

10Sources