EN

Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 139 nəfər saxlanılıb

Türkiyənin 29 vilayətində son iki həftə ərzində həyata keçirilən əməliyyatlar nəticəsində İŞİD-lə əlaqədə şübhəli bilinən 139 nəfər saxlanılıb.

"Far.Az" xəbər verir ki, bununla bağlı Türkiyə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Qeyd edilib ki, şübhəlilərin bəzilərinin terror təşkilatına üzv olduğu, təşkilatın fəaliyyətinə maliyyə dəstəyi verdiyi və keçmişdə təşkilat daxilində fəaliyyət göstərdikləri müəyyən edilib.

Onlardan 14-ü barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib. 9 nəfər məhkəmə nəzarətinə götürülüb, digər şübhəlilərin polis bölməsində dindirilmələri davam edir.

DİN-in məlumatında İŞİD terror təşkilatının fəaliyyətinə və maliyyə strukturlarına qarşı əməliyyatların davam etdirildiyi vurğulanıb.

Chosen
29
4
far.az

5Sources