EN

Mahir köhnə klubuna qarşı oynadı, komandası darmadağına uğradı

Almaniya İkinci Bundesliqasında növbəti oyun gününün maraqlı qarşılaşmalarından biri baş tutub.

Fanat.Az xəbər verir ki, "Nürnberq" öz meydanında "Kayzerslautern" komandasını qəbul edib.

Meydan sahiblərinin üstünlüyü ilə keçən görüş Nürnberq təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli üçün bu qarşılaşma xüsusi əhəmiyyət kəsb edib. Belə ki, hazırda "Kayzerslautern"in şərəfini qoruyan forvard keçmiş klubu "Nürnberq"ə qarşı mübarizə aparıb. Mahir oyuna ehtiyat oyunçular skamyasında başlasa da, 56-cı dəqiqədə Marlon Ritterin əvəzinə meydana daxil olub.

Kamil Xudiyev

Chosen
51
1
fanat.az

2Sources