EN

Səhiyyədə BÖYÜK OYUN: “Yalnız bu şirkətlə işləyəcəksiniz” – Gizli sxem ifşa olunur

Dövlət laboratoriyaları ilə bağlı ortaya çıxan korrupsiya iddialarında ən diqqət çəkən məqamlardan biri də satınalma proseslərində qurulduğu deyilən gizli mexanizmdir.

"Yeni Sabah" xəbər verir ki, bəzi xarici laboratoriya avadanlığı və reagent istehsalçılarına Azərbaycanda fəaliyyət göstərmək üçün xüsusi şərtlər irəli sürülüb.

İddialara görə, həmin şirkətlərə bildirilib ki, əgər dövlət qurumları ilə işləmək istəyirlərsə, yalnız müəyyən edilmiş yerli şirkətlə tərəfdaşlıq etməlidirlər. Əks halda onların məhsulları dövlət tərəfindən alınmayacaq. Bu isə faktiki olaraq bütün satınalmaların eyni şirkət üzərindən həyata keçirilməsinə gətirib çıxarıb.

Nəticədə laboratoriya avadanlıqları, test sistemləri və reagentlərin alınması üzrə böyük məbləğli müqavilələrin eyni şirkət vasitəsilə bağlandığı bildirilir. Bu isə dövlət satınalmalarında rəqabətin məhdudlaşdırılması və gizli monopoliyanın yaradılması ilə bağlı ciddi suallar doğurur.

Nocomment.az


Telegram kanalımız
Chosen
53
3
yenisabah.az

4Sources