EN

"Qorxmuram, cavab verməyə hazıram" - Kaxaber Sxadadze

"Qəbələ" Misli premyer-liqasının 25-ci turunda "Turan Tovuz"a uduzdu - 2:3.

"Football-plus.az" xəbər verir ki, "qırmızı-qaralar"ın baş məşqçisi Kaxaber Sxadadze oyunsonrası mətbuat konfransında iştirak etdi.

- Bayram münasibətilə hər kəsi təbrik edirəm. Çox axmaq qollar buraxırıq. "Neftçi" ilə oyunu yada salsaq, həmin oyunda da cərimə meydançasında bizim 4, onların 1 futbolçusu var idi. Lakin çox asan qol buraxdıq. Azarkeşləri də başa düşürəm. Təbii ki, nəticəyə baş məşqçi cavabdehdi. Mən də qorxmuram, cavab verməyə hazıram. Biz rəqibə bütün komponentlərdə uduzmuruq. Futbolçularda konsentrasiya problemi olduğunu düşünürəm. Bundan sonra daha yaxşı hazırlaşmağa çalışacağıq. Liqada qalmaq üçün əlimizdən gələni edəcəyik.

- Futbolçularda psixoloji baxımdan problem olduğu görsənir. Bu problemi aradan qaldırmaq üçün hansı addımı atmağı düşünürsüz?
- Təbii ki, komanda uduzanda üzərimizdə daha çox təzyiq olur. Son ayyarımda 11 oyun keçirdik. Bu gərginlikdə matçlar keçirmək oyunçularda psixoloji problem yaratmışdı. Daha güclü olmalıyıq. Qışdan sonra daha yaxşı oynayırdıq. Lakin nəticə qazanmaqda çətinlik çəkirik. Vaxt var. Bundan sonra daha yaxşı çıxış etməliyik.

Chosen
79
4
football-plus.az

8Sources