EN

Yaxın Şərq böhranı ehtiyat hissələri bazarına da təsir etdi

ain.az bildirir, Avtosfer portalına istinadən.

Dubayın son 20 ildə dünyanın ehtiyat hissələri anbarına çevrildiyini desək, mübaliğə olmaz. Lakin fevralın 28-də başlayan ABŞ-İsrail-İran qarşıdurması BƏƏ-də vəziyyəti pisləşdirib.

Avtosfer.az xəbər verir ki, orijinal ehtiyat hissələrin təxminən 60 faizi BƏƏ-yə Hörmüz boğazı vasitəsi ilə daşınır. Çünki ən ucuz vasitə gəmidir. Alternativ nəqliyyat (avtomobil, təyyarə) dəfələrlə baha başa gəlir. Artıq bir çox ölkədə bahalaşma hiss olunur. 

Azərbaycanla sıx iqtisadi münasibətləri olan Rusiyada artıq ehtiyat hissələri 15-30 faiz arası bahalaşıb. Ən əsası isə orijinal detal qıtlığı dərinləşib. Ciddi zərbə kuzov detalları və fara satanlara dəyib. Rus ekspertlərin fikrincə, münaqişə uzanacağı halda orijinal ehtiyat hissələri tapmaq müşkülə çevriləcək. Saxta detallar isə kifayət qədər bahalaşacaq.

Vüqar

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
52
avtosfer.az

1Sources