EN

Qaz puluna qənaət üçün kombini belə işlədin

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ustalar tez-tez kombinin söndürülüb-yandırılmasının əlavə yanacaq sərfiyyatına səbəb olduğunu deyir.Demokrat.az-ın məlumatına görə, istilik sistemləri ilə məşğul olan ustalar bildirirlər ki, kombinin davamlı şəkildə açılıb-söndürülməsi əksər hallarda daha çox qaz istifadəsinə gətirib çıxarır. Daha qənaətcil üsul isə cihazın ev şəraitinə uyğun şəkildə aşağı və ya orta səviyyədə fasiləsiz işləməsidir.Onların izahına görə, kombi hər dəfə işə düşəndə sistemdəki suyu yenidən qızdırmalı olur. Bu proses daha çox enerji tələb edir və nəticədə qaz sərfiyyatı artır. Evin tam soyuması isə növbəti işə düşmə zamanı cihazın daha uzun müddət yüksək gücdə işləməsinə səbəb olur. Üstəlik, tez-tez söndürüb-yandırmaq kombinin hissələrinin daha tez köhnəlməsinə gətirib çıxarır.Sabit rejimdə, yəni aşağı və ya orta temperaturda fasiləsiz işləmə daha səmərəli sayılır. Bu halda ev tam soyumur, cihaz yalnız mövcud istiliyi qorumaq üçün minimal gücdə işləyir. Nəticədə həm temperatur sabit qalır, həm də enerji sərfiyyatına qənaət etmək mümkün olur.İsmayıl

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
53
demokrat.az

1Sources