EN

Səməd Vurğun 120: Xalq şairi yubileyində məzarı başında anılıb

Ayna saytından verilən məlumata görə, ain.az xəbər verir.

Azərbaycanın dahi şairinin 120 illik yubileyi qeyd olunub

“Qazax” Xeyriyyə İctimai Birliyinin və Səməd Vurğunun Ev Muzeyinin birgə təşkilatçılığı ilə təşkilatçılığı ilə Xalq şairi Səməd Vurğunun 120 illik yubileyi qeyd olunub. AYNA.AZ xəbər verir ki, Azərbaycanın dahi şairi Vurğun 120 illiki yubileyində Fəxri Xiyabandakı məzaı önündə anılıb.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri və üzvləri, şair və yazıçılar, deputatlar, ictimai-siyasi xadimlər, ziyalılar, aşıqlar, sənət-söz adamları iştirak ediblər.

Yubiley tədbirində iştirak edənlər Vurğun yaradıcılığından, onun Azərbaycan dilinə və ədəbiyyatına verdiyi töhfələrdən söz açıb, mərhum Xalq şairinin ədəbi yaradıcılığı ilə sənət-söz aləminə bəxş etdiyi unudulmaz əsərlərinin əsrlər boyu təsirli olacağını bildiriblər.

Eyni zamanda, Qazax Rayon İcra Hakimiyyətinin, AYB-nin Qazax Zona filialının və "Qazax" Xeyriyyə İctimai Birliyinin birgə təşkilatçılığı ilə Səməd Vurğunun anadan olmasının 120 illik yubileyi Qazax rayonunun Yuxarı Salahlı kəndində yerləşən Səməd Vurğunun Poeziya Evində keçirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
139
ayna.az

1Sources