EN

Kürdəmirdə "Mercedes" yandı - VIDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kürdəmir rayonu, Xırdapay kəndində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-nin Mətbuat xidmətindən verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Mercedes” markalı minik avtomobilinin mühərrikində baş vermiş yanğın digər hissələrinə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin mühərrik hissəsi yanıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Chosen
40
14
news365.az

10Sources