EN

Millimizin iştirak edəcəyi turnirin təqvimi və formatı dəyişdi - RƏSMİ

“FIFA Series - 2026” beynəlxalq turnirinin təqvimində və formatında dəyişiklik edilib.

"Football-plus.az" xəbər verir ki, dəyişikliyə səbəb Oman milli komandasının Yaxın Şərqdə davam edən hərbi gərginliklə əlaqədar ölkəmizə səfər edə bilməməsidir.

FİFA ilə razılaşdırılmış formata əsasən, turnir 2 oyundan ibarət olacaq. Millimiz martın 27-də Sent Lüsiya, 30-da isə Syerra Leone yığması ilə qarşılaşacaq. Hər iki oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək və saat 19.00-da başlanacaq.

Chosen
103
24
football-plus.az

10Sources