Ankara, 22 mart, AZƏRTAC
Qətər Hərbi Hava Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması nəticəsində üçü Türkiyə vətəndaşı olmaqla yeddi nəfər həlak olub.
AZƏRTAC xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi hadisənin martın 21-i axşam saatlarında Qətər sahillərində baş verdiyini açıqlayıb. Məlumata əsasən, ölənlər arasında Türkiyənin ASELSAN şirkətinın iki əməkdaşı ilə Türkiyə Silahlı Qüvvələrinin bir hərbçisi olub.
Təlim uçuşu Türkiyə-Qətər hərbi əməkdaşlıq planına uyğun olaraq həyata keçirilib. İlkin məlumata görə, qəzaya texniki nasazlıq səbəb olub.
Axtarış-xilasetmə əməliyyatı zamanı helikopterin qalıqları və həlak olanların cəsədləri aşkar edilib.
Türkiyə Milli Müdafiə Nazirliyi həlak olanların ailələrinə, eləcə də Türkiyə və Qətər xalqlarına başsağlığı verib.