EN

İstanbulda binalar çökdü - VİDEO-YENİLƏNİB

Yazını böyüt
Yazını kiçilt

Türkiyənin İstanbul şəhərində çökən binaların sayı 3-ə çatıb. İlkin məlumata görə beş nəfər dağıntılar altında qalıb, onlardan dördü xilas edilərək xəstəxanaya aparılıb.

Hafta.az xəbər verir ki, hadisə şəhərin Fatih rayonunda baş verib.

İstanbul Valiliyindən verilən məlumata görə, hadisənin yerli vaxtla saat 12:00 radələrində binalardan birində təbii qaz səbəbindən baş verən partlayış nəticəsində meydana gəldiyi ehtimal edilir.

Hazırda bölgədəki ətraf binalarda sakinlər təxliyə edilir.  Axtarış-xilasetmə işləri davam edir.

***

İstanbulun Fatih rayonunda üçmərtəbəli yaşayış binası çöküb.

Hafta.az xəbər verir ki, çökən binada axtarış-xilasetmə əməliyyatlarına başlanılıb.

Bir nəfər yaralı xilas edilib. Dağıntılar altında qalanların olduğu ehtimal edilir.

Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.

 

 
 
 
Chosen
115
1
hafta.az

5Sources