EN

Qeyri-iş günlərində Pirşağıda qanunsuz tikinti aparılır?VİDEO

Paytaxtın Pirşağı qəsəbə sakinləri tərəfindən “Xəzər Xəbər”in qaynar xəttinə qəsəbədə qanunsuz tikinti aparılması ilə bağlı videogörüntü göndərilib.

Videogörüntüdə iddia olunur ki, ərazidə qanunsuz obyekt inşa edilir.

Ərazidə çalışan fəhlələrdən öyrəndik ki, Hüseynbala Əliyev küçəsində düz bir həftədir avtoyuma müəssisəsinin tikintisinə başlayıblar. Artıq tikinti işləri yekunlaşmaq üzrədir. Müüəssisənin rəhbərini soraqlasaq da, çəkiliş apardığımız  saatlarda onu gördüm deyən olmadı.

Pirşağı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən sorğumuza cavab olaraq bildirlib ki, sözü gedən ünvanda yerləşən torpaq sahəsi və aidiyyatı qurumlar  tərəfindən  rəsmi təsdiq olunmuş layihə əsasında tikinti işləri aparılır.

Dövlət Arxitektura və Şəhərsalma Komitəsindən sorğumuza cavab olaraq bildirildi ki, məsələ araşdırılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
70
xezerxeber.az

1Sources