EN

Sahibə Qafarova Gürcüstana səfər etdi – II İliya ilə vida mərasimi keçirildi

Azərbaycan nümayəndə heyəti Gürcüstana səfər edərək Katolikos-Patriarx II İliyanın vida mərasimində iştirak edib.

Musavat.com xəbər verir ki, nümayəndə heyətinə Azərbaycan Respublikasının Milli Məclisinin sədri Sahibə Qafarova rəhbərlik edib.

Səfərin əsas məqsədi Gürcüstanın Katolikos-Patriarxı II İliya ilə bağlı keçirilən vida mərasimində iştirak etmək olub. Nümayəndə heyətinin tərkibində Baş nazirin müavini Samir Şərifov, bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə, millət vəkilləri və digər ictimai-siyasi xadimlər yer alıb.

Nümayəndə heyəti Tbilisi Beynəlxalq Hava Limanında Gürcüstanın rəsmi şəxsləri, Azərbaycanın səfirliyi və digər nümayəndələr tərəfindən qarşılanıb.

Vida mərasimi Müqəddəs Üçlük Katedralində keçirilib. Mərasim zamanı dini ayinlər icra olunub, dualar oxunub və mərhum patriarxın xatirəsi ehtiramla yad edilib.

Tədbirdə Vatikan, Avropa və region ölkələrindən gəlmiş rəsmi şəxslər, eləcə də müxtəlif dini konfessiyaların nümayəndələri iştirak ediblər. Çıxış edənlər Patriarx II İliyanın dinlərarası dialoqa verdiyi töhfələri xüsusi vurğulayıblar.

Şeyxülislam Allahşükür Paşazadə çıxışında II İliya ilə bağlı xatirələrini bölüşərək bildirib ki, o, Azərbaycan-Gürcüstan münasibətlərinə mühüm töhfələr verib: “Bu ağır itkidir, arzu edirəm ki, onun əvəz edəcək şəxslər gələcəkdə bu itkini bizə unutdursunlar”.

Günün ikinci yarısında patriarxın cənazəsi dəfn olunmaq üçün kilsədən çıxarılıb və vida mərasimi dərin hüzn şəraitində davam edib.

Beləliklə, II İliyanın vida mərasimi onun təkcə Gürcüstanda deyil, bütün regionda böyük nüfuza malik mənəvi lider olduğunu bir daha nümayiş etdirib.

Musavat.com

Chosen
98
23
musavat.com

10Sources