EN

Mançester Yunayted london klubunun gənc müdafiəçisini istəyir

ain.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Mançester Yunayted" London klubundan ayrılmağa hazır olan "Arsenal"ın müdafiəçisi Maylz Luis-Skellini izləyir. Sport24.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb. 

Mənbənin sözlərinə görə, "topçular" 19 yaşlı yetirməsini satmağa hazırdır. "Qırmızı şeytanlar"dan əlavə, "Everton" və "Brentford" da Luis-Skelli ilə maraqlanır.

Qeyd edək ki, Luis-Skelli bu mövsüm bütün turnirlərdə 27 oyunda meydana çıxıb və 4 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 35 milyon avrodur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
79
sport24.az

1Sources