ain.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.
"Barselona"nın futbolçusu Runi Bardci İtaliyaya yollanmağa hazırlaşır. Sport24.az xəbər verir ki, isveçli müdafiəçi "Roma"nın maraq dairəsindədir.
Paytaxt təmsilçisi Runi üçün 1 mövsümlük icarə müqaviləsi təklif edib. İsveçlinin daha çox oyun praktikası qazanması üçün keçidin baş tutacağı ehtimalı yüksəkdir.
O, 2025-ci ildə "Kopenhagen"dən "Barselona"ya keçib. Futbolçunun Kataloniya təmsilçisi ilə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.