EN

Rusiya Orbanın qələbəsi üçün ona sui qəsd etməyi təklif edib

ain.az, Gununsesi portalına istinadən məlumat verir.

Rusiya Xarici Kəşfiyyat Xidməti Macarıstan baş naziri Viktor Orbanın partiyası “Fides”in reytinqinin seçki ərəfəsində artırılması üçün ona sui-qəsd ssenarisini nəzərdən keçirib.

Gununsesi.info xəbər verir ki, məlumatı “The Washington Post” Avropadakı kəşfiyyat mənbələrinə istinadən yayıb. Məlumatı şərh edən Rusiya prezidentinin mətbuat katibi onu dezinformasiya adlandırıb.

Məqalədə bildirilib ki, Rusiya xüsusi xidmət orqanları Orbanın reytinqinin çox düşməsindən narahat olduqları üçün sui-qəsd ideyasını ortaya atıblar. Belə ki, son sorğulara əsasən Orbanın Fides Partiyasının reytinqi 40%, onun rəqibi Tisa Partiyasının reytinqi isə 46%-i keçir.

Avropa xüsusi xidmət orqanlarının hesabatına əsasən, Rusiyanın atacağı bu addım seçki kampaniyasında bütün paradiqmanı fundamental olaraq dəyişməli, ritorikanı sosial-iqtisadi məsələlərdən emosional səviyyəyə çıxartmalı idi.

Orban Avropa Birliyi Rusiya ilə ən yaxşı münasibətləri olan liderlərdən biridir. O bir çox məsələlərdə Avropa Birliyinin Rusiyaya qarşı sanksiyalarını, eləcə də Ukrayna müharibəsində Kiyevin maliyyələşdirilməsini dəstəkləmir. Orban həmçinin Brüsselin Rusiya siyasətinin Avropaya böyük zərər verdiyini düşünür. Avropa liderlərinin bir çoxu isə Orbanla bağlı əks mövqedədirlər. Onlara görə, Orban Macarıstanın Avropa Birliyi üzvlüyünü Rusiyaya yardım üçün istifadə edir. Bununla belə AB-dən fərqli olaraq Macarıstan baş nazirinin ABŞ Prezidenti Donald Trampla çox yaxşı münasibətləri mövcuddur.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
118
icma.az

1Sources