EN

“Aston Villa” evdə “Vest Hem”i məğlub etdi

İngiltərə Premyer Liqasının 2025/2026 mövsümünün 31-ci turunda “Aston Villa” öz meydanında “Vest Hem”i qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

15-ci dəqiqədə hesabı Con Makqinn açıb. Matçın 68-ci dəqiqəsində isə Olli Uotkins qələbəni rəsmiləşdirən ikinci topu vurub.

Qələbədən sonra “Aston Villa” 54 xala yüksələrək Premyer Liqada 4-cü pillədə qərarlaşıb 29 xalla "Vest Hem" 18-ci yerdədir. 

Chosen
86
90deqiqe.az

1Sources