EN

“İran bir dənə də olsun Amerika qırıcı təyyarəsini vurmayıb” - ABŞ-dən REAKSİYA

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) özünün X sosial media səhifəsində İran qüvvələri tərəfindən vurulan Amerika F-15 qırıcı təyyarəsi ilə bağlı xəbərlərə cavab verib.

Redaktor.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

"Yalan şayiələrə görə, İran rejimi bu yaxınlarda Amerikanın F-15 təyyarəsini İran üzərində vurub. Amerika qüvvələri "Epik Qəzəb" əməliyyatı zamanı 8000-dən çox döyüş uçuşu həyata keçirib. İran bir dənə də olsun Amerika qırıcı təyyarəsini vurmayıb", - deyə komandanlıq bildirib.

Aminə ŞAHSUVARQIZI

Chosen
136
2
redaktor.az

4Sources