EN

Fransa yığmasına qoşula bilməyəcək

Uqo Ekitike qeyri-müəyyən müddətə sıradan çıxıb.

"Football-plus.az" xəbər verir ki, “Liverpul”un hücumçusu İngiltərə premyer-liqasının “Brayton”la səfər matçınında zədələnib. Fransalı oyunu davam etdirə bilməyib və 8-ci dəqiqədə onu yarımmüdafiəçi Körtis Cons əvəzləyib. Tibbi müayinədən keçəcək Ekitikenin bu ay baş tutacaq oyunlar üçün Fransa milli komandasının düşərgəsinə yollana bilməyəcəyi gözlənilir.

Qeyd edək ki, “Liverpul”un digər hücumçusu Məhəmməd Salah da zədə səbəbindən komandasına kömək edə bilməyib. Matç “Brayton”un 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Chosen
75
1
football-plus.az

5Sources