Sloveniyada yanacaq satışı təchizatdakı fasilələrə görə məhdudlaşdırılıb.
Azpost.info bildirir ki, bu barədə Reuters agentliyi məlumat verir.
Ölkədə hazırda şəxsi nəqliyyat vasitələri üçün gündə 50 litrə, biznes üçün isə 200 litrə qədər limit var.
Yanacaqdoldurma məntəqələrində artıq növbələr yaranır və bəzi məntəqələr müvəqqəti olaraq bağlanıb.
Baş nazir ölkədə kifayət qədər yanacaq olduğunu iddia edir. Problem logistika ilə yanaşı, İrandakı müharibə səbəbindən artan tələbatda da var.