"Mançester Siti" futbol klubunun azarkeşlərini daşıyan avtobus London "Arsenal"ına qarşı keçirəcəyi İngiltərə Liqa Kubokunun finalına gedərkən yanıb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Manchester Evening News" məlumat yayıb.
Hadisə Uorvikşir qraflığında yerləşən M6 avtomagistralında baş verib. Yanğın-xilasetmə xidməti hadisə yerinə çatdıqdan sonra magistralın həmin hissəsi təmizləmə işləri üçün bağlanıb.
Məlumata görə, bütün sərnişinlər və sürücü vaxtında təxliyə olunub, xəsarət alan olmayıb. Yanğının səbəbi hələlik açıqlanmayıb.